İnsanları narazı salan pensiya sistemi: - “Hökumət minnət qoymamalıdır ki…”
"Azərbaycanda əmək pensiyası alanların əksəriyyəti SSRİ dövründə çalışanlardır. Onlar həmin dövrdə sosial sığorta haqqı ödəməyiblər".
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, həmin şəxslərin orta hesabla 18 il əmək stajı var və həmin öhdəliklər dövlət büdcəsinin hesabına ödənilir: "Azərbaycanda pensiyaçıların 70%-i minimum pensiya məbləğini yığmayıblar".
Qeyd edək ki, hazırkı pensiya sistemi cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Həm pensiyanın məbləği, həm yaş həddi ilə bağlı vətəndaşlar daim öz narazılıqlarını bildirirlər. Eyni zamanda bu gün işsiz insanların da sayı kifayət qədərdir ki, onlar da sosial sığorta ödəyə bilmədikləri üçün gələcəkdə pensiya problemi ilə üzləşəcəklər. Onu da vurğulayaq ki, həmin illər ərzində zavodlarda, fabriklərdə, hətta sağlamlığı üçün təhlükəli olan sahələrdə belə, çalışanlar olub.
Əgər nazirlik sovet dövründəki 18 illik əmək stajını və onların sosial sığorta ödəməmələrini normal qəbul etmirsə, bu, həmin dövrdə çalışanların günahıdırmı? Bəlkə ümumiyyətlə, pensiya sisteminə yenidən baxilmalıdır?
Millət vəkili Fazil Mustafa “Cümhuriyət” qəzetinə bildirib ki, əmək stajını yığsa da, yığmasa da vətəndaşa pensiya verilməlidir:
"Vətəndaş sovet dövründə proqnozlaşdırmalıydı ki, 20-30 ildən Azərbaycan müstəqil olacaq, onda belə bir qanun qəbul olunacaq, bu qanun da vətəndaşı fəlakətə sürükləyə bilər? Belə yanaşma ola bilməz. İnanmıram ki, nazir belə bir açıqlama versin. O insanlara bu şamil edilməməlidir. Onlar o zaman işləyiblər və nə bilsinlər ki, nə vaxtsa Azərbaycan müstəqil olacaq, belə bir problemlə qarşı-qarşıya qalacaqlar. Ona görə də bu məsələ vətəndaşın xeyrinə həll olunmalıdır. Bu gün minimum pensiya nədirsə, o təcrübəsindən asılı olmayaraq təmin olunmalıdır. Çünki o vaxt tələb olsaydı, vətəndaş bəlkə daha yüksək maaşlı işdə çalışardı, hansısa bir şəkildə sığorta məsələsini də özü həll edə bilərdi. Əgər etməyibsə, demək nəsə problem var. O vaxt necə proqnozlaşdırsın ki, belə bir qanun olacaq. Bundan başqa qanun keçmişdə əgər varsa, ona şamil edilmir. Qanunun geriyə qüvvəsi yoxdur. O kateqoriyadan olan insanlara şamil edilməməlidir. Normal, bu günün şərtləri ilə bütün vətəndaşlara hansı səviyyədə pensiya verilirsə, orta pensiya məbləğində onlara pensiya verilməlidir".
Millət vəkili onu da vurğulayıb ki, pensiya sisteminə yenidən baxılıb:
"Ancaq yenidən baxılanda da nəticə ortadadır, böyük problemlər yaşanır. Ona görə də indi təzədən "hoqqa çıxartmağa" ehtiyac yoxdur. Pensiya var, sadəcə sovet dövründə işləyən insanların maaşları aşağı olub. Ovaxtkı rublla, manatın məzənnəsini də müəyyənləşdirmək indi böyük problemdir. Ona görə də bugünki şərtlərlə həmin şəxslərə orta pensiya məbləğində pensiya kəsilməlidir".
İqtisadçı-ekspert Rəşad Həsənov isə deyir ki, ümumiyyətlə, sovet dövründə sistem fərqli idi:
"Ona görə də bu, vətəndaşın günahı deyil. Eləcə də sovet dövründə qurulmuş sosial-iqtisadi siyasət, məhz o istiqamətdə idi ki, hər kəsin yaratdığı əlavə dəyər dövlət mülkiyyətinə çevrilirdi. Azərbaycan müstəqillik əldə etdikdə həmin dövlət mülkiyyətinin hamısına sahiblik hüququ əldə edib. Yəni bu gün Azərbaycan dövlətinin balansında olan bütün mülkiyyət, daşınmaz əmlak, var-dövlət, sərvət,ehtiyatların hamısı həmin vətəndaşların əməyinin nəticəsidir. Bu gün də Azərbaycan hökuməti onlara pensiya verəndə minnət qoymamalıdır. O dövrdə sosial sığorta olmayıb, ödəməyiblər. Bu gün o zavodlar, fabrikləri özəlləşdirirlər, hərraca çıxarırlar, işlədirlər, satırlarsa, bunların hamısının mənbəyi haradan yaranıb? Onları hər halda, Sahil Babayevə qohumları tikməyiblər. Bunu həmin o insanlar işləyiblər, tikiblər, dövlət onları sahiblənib. O dövrün iqtisadi sistemi o cür idi, bu gün belədir".
Ekspert deyib ki, ümumiyyətlə, mövcud pensiya sistemi yenidən işlənməlidir:
"Bizim pensiya sistemi təşviqedici deyil . Orada çoxlu problemlər var və daim də gündəmə gətirmişik. Çox ciddi, həm fundamental problemlər var, həm də eyni zamanda bu sistem əhalinin əhəmiyyətli hissəsinin sosial müdafiə mexanizmlərinə çıxışını məhdudlaşdırır. Ona görə də Azərbaycanın pensiya sistemi yenidən işlənməlidir. 2017-ci il dəyişiklikləri bu sahədə çox ciddi geriləmələrə səbəb olub, əhalinin pensiyaya əlçatanlğını aşağı salıb".
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2021, 13:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər