reklam
Regionxeberlericom.az » Hadisə » Hansı hallarda sosial yardımın verilməsindən İMTİNA EDİLİR

reklam

Hansı hallarda sosial yardımın verilməsindən İMTİNA EDİLİR

















"Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, elektron sistem tərəfindən sosial yardımın verilməsi dayandırılır".

Bu sözləri açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

O bildirib ki, daha sonra ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır:

“Aztəminatlı ailənin ödənilmiş sosial yardımdan istifadə etməməsi, həmin ailənin sosial yardıma ehtiyacının olmaması kimi qiymətləndirilir”.

Bəs, ünvanlı dövlət sosial yardımının təyin olunması məqsədləri üçün torpaq pay mülkiyyəti olan şəxs məşğul şəxs hesab edilirmi?

Bu haqda Rəşad Mehdili qeyd edir ki, adına torpaq pay mülkiyyəti olan şəxs məşğul şəxs hesab edilir.

“Bu halda həmin şəxs torpağa mülkiyyəti təsdiq edən sənəd əsasında yerli vergi orqanına müraciət etməklə VÖEN və sığortaedənin uçot nömrəsini (SUN) almalı və sosial yardım alınması üçün müraciət zamanı ərizə bəyannamədə SUN nömrəsini, torpağa mülkiyyəti təsdiq edən sənədin seriya və nömrəsini, habelə torpağın səhəsini və keyfiyyət qrupunu göstərməlidir. Torpağın səhəsi və keyfiyyət qrupu barədə məlumatları torpağa mülkiyyəti təsdiq edən sənəddən əldə etmək olar”.

Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailənin maddi məişət şəraitinin müayinəsi zamanı video və fotoşəkil çəkilməsindən imtina edilə bilərmi?

Onun sözlərinə görə, sosial yardımın təyin edilməsi məqsədilə ailənin maddi məişət şəratinin müayinəsi təmsilçinin iştirakı olmaqla, video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirilir:

“Ailə buna razılıq verməzsə, maddi məişət şəratinin müayinəsinə şərait yaradılmaması kimi qiymətləndirilir və sosial yardımın təyin edilməsindən imtina olunur”.




Paylaş:


Müəllif : Tarix:
26-11-2021, 13:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər