reklam
Regionxeberlericom.az » Hadisə » Sevdiyi qıza görə özünü binadan atdı: Bakıda sevginin sonu intiharla bitdi

reklam

Sevdiyi qıza görə özünü binadan atdı: Bakıda sevginin sonu intiharla bitdi
















Dünən saat 13:00 radələrində Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla küçəsi 79 ünvanında yerləşən çoxmərtəbəli binada intihar hadisəsi baş verib.

Binanın eyvanına çıxan Məmmədov Ruslan İlqar oğlu özünü binadan atıb.

O, hadisə yerindəcə keçinib. İlkin araşdırma zamanı məlum olub ki, intihar edən gənc yaxınlıqda yerləşən marketdə çalışıb və həmin ticarət obyektində çalışan Aysel (ad şərtidir) adlı qızı sevib.

Onlar iki ay müddətində sevgi münasibətində olublar. Lakin bir neçə gün əvvəl münasibətləri pozulub və Aysel Ruslanla danışmaqdan imtina edib.

Sevdiyi qızın ondan üz döndərdiyini və bütün cəhdlərinə baxmayaraq, barışmadığını görən gənc oğlan özünü binadan atmaq qərarına gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
10-12-2021, 11:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər