Anasının oğurladığı deyilən azyaşlı qız GÖRÜN NƏLƏR DANIŞDI
Şirvan şəhər sakini Tamella Mustafayeva 13 yaşlı nəvəsi A.A.nın narkotik istifadəçisi olan anasının zorla Bakıya şəhərinə aparılması, atalığının döyməsi və polisdə şikayətə baxılmaması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar dərhal nəzarətə götürülməklə müvafiq araşdırmalar aparılıb, iddiaların bütün təfərrüatları yoxlanılıb:
"Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir və müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır. A.A.nı atalığının döyməsi, ananın narkotik istifadəçisi olması ilə bağlı iddialar təsdiqini tapmayıb.
A.A.nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı da alınıb. O, heç kimin zorakılığına məruz qalmadığını, atalığını iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar.
Bu gün yenidən ailə ilə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər".
Qeyd edək ki, ötən gün Şirvan şəhərində narkotik istifadəçisi olan ananın öz qızını oğurladığı iddiaları ilə bağlı xəbər vermişdik.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2021, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər