"Respublikanskiy" xəstəxanasında həkim səhlənkarlığından daha bir nəfər öldü (FOTO)
Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölüm hadisəsi baş verib.
"Demokrat.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Salyan rayonu Qaraçala qəsəbə sakini 1982-ci il təvəllüdlü Əliyev Aydın Mehbalı oğlu mədə ağrısı ilə xəstəxanaya müraciət edib. Bu gün müailəcəyə götürülən Aydın Əliyev axşam saatlarında yaxınları ilə görüşdən sonra palatada müəmmalı şəkildə vəfat edib. Yaxınlarının bildirdiyinə görə, mərhum dünyasını dəyişməmişdən öncə onun vəziyyəti qəflətən pisləşib, lakin həkimlər 2-3 saat müddətində ona heç bir müdaxilə etməyiblər. Yalnız xəstə keçindikdən sonra yaxınlarına bu barədə məlumat verilib.
Qeyd edək ki, əslən İran İslam Respublikasından olan Şünasib adlı həkim isə həmin vaxt növbətçi olub.
Xatırladaq ki, bu hadisə ilk dəfə yaşanmır. Bundan əvvəl, TƏBİB-in balansında olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xəstələrin müəmmalı şəkildə ölüm hadisəsi dəfələrlə qeydə alınıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-12-2021, 08:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər