Pensiya adı ilə öz qızından 1500 manat aldı
Şirvan sakini Mehparə Soltanova pensiya düzəldəcəyi vədi ilə vətəndaşların pullarını mənimsəyib.
Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, M.Soltanova aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şirvan şəhər sakini Bəhruz Məmiyevin 2014-cü il təvəllüdlü bacısı qızına pensiya təyin edilməsi üçün əlillik dərəcəsi alınması ilə bağlı vəd verib. O, Şirvan Ailə Sağlamlıq Mərkəzinin keçmiş baş həkiminə verməsinə inandırmaqla 2019-cu ildə ondan 1500 manat alaraq dələduzluq yolu ilə ələ keçirib və onu rüşvət verməyə təhrik edib.
Bundan başqa, M.Soltanovanın öz qızı Anaxanım Məmmədovadan eyni məqsədlə 1500 manat alması müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 32.4, 312.2-ci (təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-12-2021, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər