Qətl törədib qaçanlar kameralara düşdü - ANBAAN VİDEO
Göyçayda baş verən qətllə bağlı yeni məlumatlar yayılıb.
Sentyabrın 10-da Göyçayda qətlə yetirilən 53 yaşlı Əliyev Əli Əlibağa oğlunun bacısı Sevda Əliyeva Lent.az-a bildirib ki, cinayətdə iştirak edən daha bir nəfər istintaqa cəlb olunmayıb: “Qətl bu il sentyabrın 10-da pul üstündə baş verib. İsmayıl Babazadənin qardaşım Əliyə 1500 manat borcu olub. 16 yaşlı İsmayıl qardaşımla maşın alveri edirdilər. İsmayılın anası qardaşımdan 1500 manat borca pul alıb. Sentyabrın 10-da qaytarmalı idi. Amma pulu qaytarmaq əvəzinə Əlini öldürüb. Hadisədə Göyçay sakini olan Şamilov Nihad Sərdar oğlu da iştirak edib. Onların qaçması təhlükəsizlik kameralarına da düşüb. Nihad İsmayılın tanışı olub. İfadəsində mənim heç nədən xəbərim yoxdur, görməmişəm, bilmirəm deyir. Necə olur ki, qətl hadisəsində iştirak edir ancaq istintaqa cəlb olunmur və hələ də çöldədir? Hadisə zamanı onların yanında olub. Bu zaman polisə məlumat verərdi, təcili tibbi yardım çağırardı. Amma kameralardan da göründüyü kimi oradan qaçırlar. İsmayılın Əliyə tək gücü çatmazdı. Ehtimal ki, Nihad da ona kömək edib”.
Sevda Əliyeva hadisə yerindən görüntüləri Lent.az-a təqdim edib.
Qeyd edək ki, hadisə ilə bağlı prokurorluğun yaydığı məlumata görə, sentyabrın 10-u saat 06 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2021, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər