Bu universitetin şöbə müdiri COVID-dən öldü - FOTO
Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev vəfat edib.
Bu barədə Universitetin mətbuat katibi Günel İsgəndərova məlumat verib.
O bildirib ki, Adil Xasayev COVID-dən dünyasını dəyişib.
Qeyd edək ki, 76 yaşında dünyasını dəyişən A. Xasayev 1968-1970-ci illər mərkəzi geoloji-kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. "Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. 150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-12-2021, 12:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər