reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda qardaşı ilə dalaşan kişi yaşadıqları evi yandırdı

reklam

Azərbaycanda qardaşı ilə dalaşan kişi yaşadıqları evi yandırdı


















Zaqatala rayonunda iki qardaşın birlikdə yaşadığı ev yanıb. 

Hadisə Mosul kəndində baş verib. 

Yanğının qardaşların biri tərəfindən qəsdən törədildiyi bildirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı polisə müraciət daxil olub:

“Ötən gecə rayonun Mosul kəndində fərdi yaşayış evinin qəsdən yandırılması ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında RPŞ-nin təhqiqat qrupunun əməkdaşları hadisə yerinə baxış keçirib, müvafiq kül nümunələri götürülüb”.

O qeyd edib ki, hadisənin Əhliman Gülməmmədov tərəfindən törədildiyi ehtimal olunur:

“İki qardaş arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Əhliman Gülməmmədov qardaşı Tərlan Gülməmmədov ilə birgə yaşadıqları evi qəsdən yandırıb. O, yanğını törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində zəruri tədbirlər görülür”.

Faktla bağlı araşdırma aparılır.(Oxu.az)




Paylaş:


Müəllif : Tarix:
1-01-2022, 11:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər