reklam
Regionxeberlericom.az » Hadisə » Bərdədə qadın evində saxladığı kişi ilə qızını zəncirlədi - TƏFƏRRÜAT

reklam

Bərdədə qadın evində saxladığı kişi ilə qızını zəncirlədi - TƏFƏRRÜAT















Bərdə rayonunda 1985-ci il təvəllüdlü Əkbər qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Nigarla (adlar şərti verilib – red.) azyaşlı uşaqlarına işgəncə veriblər.

Bakupost.az xəbər verir ki, əldə etdiyi məlumata görə, Əkbər 22 iyul 2021-ci ildə, saat 11 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Nigarın yetkinlik yaşına çatmayan övladı, 2003-cü il təvəllüdlü Ramellanın hər gün axşamlar evə gec gəlməsini bəhanə edib, onu tərbiyələndirmək məqsədilə saçından tutaraq sanitar qovşağa gətirib.

Əkbər orada daşla Ramellanın baş nahiyəsinə, yumruqlarla qarın və sinə nahiyələrinə zərbələr vurub. Sonra Nigarla birlikdə Ramellanı ayaqlarından zəncirlə bağlayıb, orada ona işgəncə veriblər.

İstintaq orqanı tərəfindən Əkbər və Nigarın barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 145.2.3-cü (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyulun 22-də təxminən saat 14-15 radələrində Nigarın anası Yetəri kiçik qızı Baharla birlikdə Mingəçevir şəhərinə yola salmaq üçün Bərdə avtovağzalına aparıb: “Yetəri avtovağzaldan yola saldıqdan sonra birbaşa evə qayıtdım. Nigarla evdən çıxarkən Məhbubəni evdə qoyduq, otağın qapısını evi tərk edə bilməsin deyə kilidlədik.

Biz evdən getdik, bir qədər sonra geri qayıtdıq. Nigar qapının kilidini açan kimi Məhbubə otaqdan çıxdı, aşağı mərtəbəyə düşdü. Məhbubə qonşuluqdakı Nərminə adlı qadınla mübahisə etdiyi üçün Nigar onu evə gətirdi, otaqda döyməyə başladı”.

Əkbər bildirib ki, həmin vaxt Məhbubə əli ilə anası Nigarı vurub:

“Bunu görəndə özümü saxlaya bilmədim və bir dəfə sol əlimlə onun başının əng hissəsinə şillə vurdum. Sonra evdə olan zəncirlə Məhbubəni sanitar qovşağında ayağından dəmir boruya bağladım, zənciri aça bilməməsi üçün qıfıl da vurdum. Məhbubəni ayağını dəmir zəncir bağlamaq fikri onun anasına məxsus olub”.

Cinayət işi üzrə digər təqsirləndirilən Nigar bildirib ki, iki yetkinlik yaşına çatmayan qızları ilə Bərdə şəhərindəki yataqxanada yaşayıb: “İki dəfə evlənib boşanmışam. Təxminən bir il əvvəl tanış olduğum Əkbər mənimlə eyni mənzildə yaşayıb. Əkbər mənim və uşaqlarımın daima qayğısına qalıb. Əvvəllər kafedə işləsəm də, sonradan oradakı iş fəaliyyətimi dayandırmışam.

Əkbərlə tanış olduqdan sonra bizim maddi ehtiyaclarımızı qarşılayıb. Axşamlar atasına məxsus “VAZ 2106” markalı avtomobil ilə Bərdə şəhərində taksi fəaliyyəti ilə məşğul olub”.

Məhbubə qeyd edib ki, iyulun 21-də nənəsi Yetər Mingəçevirdən onlara qonaq gəlib:

“Bir gün bizdə qaldı. Həmin gün qonşuluqdakı qadınla mübahisə etdiyim üçün əvvəl anam məni döydü, sonra isə Əkbər başıma şillə vurdu. Əkbər həmişəki kimi bizim evdə gecələdi. Növbəti gün nənəmi Mingəçevirə yola salmaq üçün Əkbər onu Bərdə avtovağzalına apardı. Nənəmi yola salmağa anam və bacım da getmişdi. Anam evdən çıxanda mənim olduğum otağın qapısını arxadan kilidlədi. Əkbər isə “dayan, bir azdan gəlirəm” dedi. Təxminən 40-50 dəqiqə sonra geri qayıtdılar. Əkbər məhəllədən beşinci mərtəbəyə anamdan tez çatdı. Qapını açan zaman əlində qıfıl və zəncir vardı.

Əkbər sacımdan tutdu, yataqxananın beşinci mərtəbəsində yerləşən sanitar qovşağa apardı. Zəncirlə ayağıma, qollarıma, belimə vurmağa başladı. Əvvəl zənciri sol ayağıma doladı və təzə aldığı qıfılla kilidlədi. Sonra zəncirin digər tərəfini dəmir boruya doladı və həmin hissəni yaşadığımız mənzilin qapısını bağladığımız köhnə qıfılla kilidlədi”.

Məhbubənin ifadəsinə görə, təxminən saat 21 radələrində Əkbər yenidən yataqxanaya gəlib:

“Dördüncü mərtəbədə gürcüstanlı bir qadınla mübahisə etdi. Mən gələn səslərin hamısını eşidə bildim. Əkbər mənzilə daxil olmamış sanitar qovşağa gəldi, məni yenidən döydü. Sonra çimdi və gec gələcəyini bildirərək qıfılların açarlarını anama verdi. Sanitar qovşağında axşama kimi zəncirlənmiş vəziyyətdə qalmışam. Məni polislər xilas etdilər”.

Bu cinayət işinə Bərdə rayon Məhkəməsində baxılıb.

Əkbər 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Nigar isə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Nigarın üzərinə Bərdə rayonunun Lənbəran kəndi ərazisində yerləşən Kəlbəcər rayon kökəltmə birliyində yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.




Paylaş:


Müəllif : Tarix:
10-01-2022, 20:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər