reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda gənc qadın amansızlıqla öldürüldü - YENİ XƏBƏR

reklam

Bakıda gənc qadın amansızlıqla öldürüldü - YENİ XƏBƏR

















Bakıda qadını elektrik naqili ilə boğub öldürən Eynur Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, 2021-ci il mayın 31-i saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb.

Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.




Paylaş:


Müəllif : Tarix:
13-01-2022, 09:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər