reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda məktəb direktoru dələduzluğa görə AXTARIŞA VERİLDİ

reklam

Bakıda məktəb direktoru dələduzluğa görə AXTARIŞA VERİLDİ

















Bakıda külli miqdarda dələduzluqda ittiham olunan keçmiş məktəb direktoru axtarışa verilib.

Məlumata görə, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi 196 saylı tam orta məktəbin sabiq direktoru Mehdiyeva Sevinc Əlisafa qızı barəsində Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. Sabiq direktor dələduzluqda ittiham olunur. Onun vətəndaşlara qarşı 200 min manatdan çox dələduzluq etməsi ilə bağlı iddialar da var. 

Barəsində axtarış elan olunan sabiq direktor ölkədən qaçıb. Onun Rusiyada olduğu güman edilir.  

Qeyd edək ki, 37 yaşlı Sevinc Mehdiyeva Hövsan qəsəbəsi 196 saylı orta məktəbin direktoru olub. O, işlədiyi dövrdə məktəbin kollektivinə qarşı haqsızlıqlar edib. Belə ki, direktor, məktəbin Uşaq Birliyinin rəhbəri Firəngiz Kazımovanı səbəbsiz yerə, “səndən xoşum gəlmir” deyib işdən çıxarıb. Bundan sonra təsərrüfat işləri üzrə müavini Ülkər Zeynalovanı işdən azad edərək, onun yerinə atası Əlisəfa Hüseynovu təyin edib. Həmçinin ittihamlar arasında direktorun dərs yükü çox olan müəllimlərdən 200 manat, müəllimlər günündə hər müəllimdən onu da “görmələri” adı ilə 50 manat alması da yer alıb. 

Bundan başqa S.Mehdiyevanın işə düzəltmək adı ilə xeyli sayda vətəndaşdan pul aldığı iddia olunur. 




Paylaş:


Müəllif : Tarix:
13-01-2022, 12:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər