reklam
Regionxeberlericom.az » Hadisə » Göyçay susuz qaldı - SƏBƏB

reklam

Göyçay susuz qaldı - SƏBƏB

















Göyçay şəhərini içməli su ilə təmin edən iki magistral boru kəmərindən birində qəza baş verib.

regionxeberlericom.az-un APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Ə. Kərim küçəsindən keçən və diametri 400 millimetr olan boru xəttində baş verib.

Su borusunun partlaması nəticəsində Göyçay şəhərinin mərkəzindəki Heydər Əliyev prospektinin aşağı hissəsində yerləşən bütün binalarda və həyət evlərində yaşayan sakinlərə, dövlət və özəl obyektlərə verilən içməli su kəsilib.

Hazırda şəhər əhalisinin ümumilikdə 50 faizi susuz qalıb. Gecə saatlarında baş verən qəzanın aradan qaldırılması və əhalinin tez bir zamanda içməli su ilə təmin edilməsi üçün hazırda Göyçay Su Kanal İdarəsinin bütün işçiləri və texnikaları hadisə yerində çalışır.

Hazırda həmin magistral su kəmərindən qidalanan və 140 kilometr uzunluğu olan şəhər boru şəbəkəsindən suyun pompalar vasitəsilə çəkilərək boşaldılması prosesi gedir. Günortadan sonra boruda qaynaq-bərpa işləri görüləcək. Bu gün axşamadək təmir işlərinin başa çatdırılması və gecə saatlarında anbardan boru şəbəkəsinə suyun doldurulması prosesi başlayacaq.

Qeyd edək ki, 2011- 2015-ci illərdə inşa edilən Göyçay şəhərinin su-kanalaizasiya sisteminin magistral su xəttində ilk dəfədir ki, bu cür böyük qəza baş verib. Göyçay şəhərində ümumilikdə 11 min 600 abonent içməli sudan istifadə edir.




Paylaş:


Müəllif : Tarix:
13-01-2022, 13:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər