Bağçada uşağı döyən tərbiyəçi İŞDƏN ÇIXARILDI
Bağçada uşağı döyən tərbiyəçi işdən çıxarılıb.
Bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, baş verən hadisə ilə bağlı uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb
Onunla bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.
Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-01-2022, 12:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər