Mahir Xəttaba hökm oxundu
YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovdan hədə ilə pul tələb etməkdə ittiham olunan jurnalist Mahir Ələkbərovun (Mahir Xəttab) məhkəməsi yekunlaşıb.
Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov müdafiə nitqi ilə çıxış edib. Vəkil təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmənin hökmü ilə Mahir Xəttab 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, M.Ələkbərovun R.Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə almasına əsaslı şübhələr müəyyən edilib.
Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-01-2022, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər