reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyalı prodüsserə məşhur rok ifaçısının qətlinə görə həbs cəzası verilib - FOTO

reklam

Rusiyalı prodüsserə məşhur rok ifaçısının qətlinə görə həbs cəzası verilib - FOTO
















Rumiyalı tanınmış rok ifaçısı İqor Talkovun keçmiş prodüseri Valeri Şlyafman 30 il əvvəl törətdiyi cinayətə görə qiyabi həbs edilib.

Bildirilir ki,Valeri Şlyafman 1990-cı illərin əvvəllərinin ulduzu İqor Talkovu qətlə yetirməkdə və vaxtilə qatil kimi təqdim etmək istədiyi İqor Malaxovu öldürməyə cəhdə görə Sankt-Peterburqun Petroqrad Rayon Məhkəməsi tərəfindən qiyabi həbs edilib.

Belə bir tədbir sui-qəsddən az sonra İsrailə köçən Şlyafmanın beynəlxalq axtarışını təsdiqləmək üçün atılıb. Qeyd edək ki, İsrail vətəndaşlarının nadir hallarda ekstradisiyasına icazə verir.

İstintaq həmçinin müğənni Əzizə də daxil olmaqla daha bir neçə şəxsin əməlinə hüquqi qiymət verməyə hazırlaşır. Şlyafmandan fərqli olaraq, iddia müddətinin başa çatması səbəbindən qadını cəza gözləmir.















İstintaqın məlumatına görə, 1991-ci il oktyabrın 6-da “Yubileynıy” İdman Sarayında konsert zamanı müğənni Əzizənin mühafizəçisi İqor Malaxovla müğənni İqor Talkov və prodüseri Şlyafman arasında çıxışın sırası ilə bağlı münaqişə baş verib. Münaqişə zamanı Şlyafman Malaxovun əlindən “Naqan” revolverini götürərək atəş açıb. Ancaq güllə Talkova dəyib: o, döş qəfəsindən aldığı yaradan yerindəcə ölüb.






Paylaş:


Müəllif : Tarix:
22-01-2022, 08:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər