reklam
Regionxeberlericom.az » Hadisə » Depressiyada olan boks üzrə Avropa çempionu intihar edib - FOTO

reklam

Depressiyada olan boks üzrə Avropa çempionu intihar edib - FOTO
















Boks üzrə Avropa çempionu “Ovçu” ləqəbli Vladimir Virçis ölüb. 48 yaşlı ukraynalı idmançının intihar etdiyi bildirilir.

O da bildirilir ki, çon günlərdə Virçis depressiv vəziyyətdə olub.

Məlumata görə, keçmiş boksçu bir gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.  

Virçisin cəsədi kiyevli sakinlərdən biri tərəfindən evin yaxınlığında asılmış vəziyyətdə tapılıb. Hüquq mühafizəçilər ölümü qeydə alaraq, cəsədi ekspertizaya yollayıblar.
















“Yanvarın 28-də səhər saatlarında yerli sakin polisə müraciət edərək ərinin gecə saatlarında evdən çıxdığı və hələ də geri qayıtmadığı barədə məlumat verib. Qadın itkin düşən şəxsin xarici görünüşünü təsvir edib və hüquq-mühafizə orqanlarının əməkdaşları onu gecə saatlarında tapılan mərhumun şəxsiyyətini müəyyənləşdirməyə dəvət ediblər. Nəticədə ukraynalı boksçu Vladimir Virçisin öldüyü məlum olub”, - deyə hüquq mühafizə orqanından bildirilib.

Qeyd edilir ki, Virçisin 21-i nokautla olmaqla 26 qələbəsi olub.

O, karyerası ərzində 2003-2004-cü illərdə IBF, 2005-2006-cı illərdə isə WBO üzrə qitələrarası çempion olub.





Paylaş:


Müəllif : Tarix:
28-01-2022, 22:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər