reklam
Regionxeberlericom.az » Hadisə » Ucarda xəsarətlə nəticələnən yol qəzası baş veri

reklam

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş veri

Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə Gəncə şəhər sakinləri-1970-ci il təvəllüdlü Azad Həmid oğlu Hüseynov, onun həyat yoldaşı 1969-cu il təvəllüdlü Zahidə Daşdəmir qızı Hüseynova və Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Fuad Aslan oğlu Aslanov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
29-06-2019, 13:49
Sikayət   


loading...
Загрузка...