
Məşhur aktyor vəfat etdi
RSFSR-in xalq artisti Leonid Kuravlyov ağır xəstəlikdən sonra 86 yaşında vəfat edib.
Bu barədə Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Hazırda mərhumla vida mərasinin tarixi və vaxtı dəqiqləşdirilir.
Qeyd edək ki, Leonid Kuravlyov teatr və kino səhnəsində 200-dən çox rol oynayıb. Onun iştirakı ilə çəkilmiş ən məşhur filmlər arasında “Qızıl buzov” (1968), “İvan Vasilyeviç peşəsini dəyişir” (1973) və “Afonya” (1975) kimi ekran əsərləri var.
Mənbə: TASS
Paylaş:
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti