reklam
Regionxeberlericom.az » Hadisə » Bakının mərkəzindəki karaoke klubda ŞOK HADİSƏ – Qadın kişini yerə yıxıb təpiklədi

reklam

Bakının mərkəzindəki karaoke klubda ŞOK HADİSƏ – Qadın kişini yerə yıxıb təpiklədi








Nəsimi rayon Məhkəməsində 22 dekabr 2019-cu il tarixdə, saat 22:50 radələrində “Philomela” karaoke klubda baş vermiş kütləvi dava-dalaşla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə açılmış işin araşdırılması zamanı məlum olub ki, hadisə içkili vəziyyətdə olan şəxslərin arasında yaranan xırda mübahisədən sonra başlayıb.

Belə ki, Xətai adlı tanışı ilə Caspian Plzanın yaxınlığındakı pubda görüşüb pivə içən Nigar Yusifova (şərti ad və soyadlı) daha sonra Nəsimi rayonu ərazisindəki “Philomela” karaoke kluba gedib. Burada da spirtli içki qəbul edən Nigar digər masadan qalxıb rəqs edən qıza qoşulub və onlar birgə rəqs ediblər. Rəqsə Xətai də qoşulub. Daha sonra Nigar yerinə keçib dostları ilə əyləşdikdən sonra həmin qızın oturduğu masadakı oğlanlardan biri onlara doğru fıstıq atıb. Fıstıq onunla birgə oturan Cavidə dəyib və mübahisə yaranıb. Mübahisə zamanı Xətai və Nigar fıstıq atan şəxsi yerə yıxıb döyüblər, bir-birlərinə içki şüşələri, külqabı atıblar, hətta karaokedə quraşdırılmış televizoru vurub sındırıblar. Klubda işləyənlərin köməkliyi ilə onlar bayıra çıxarılsalar da, Nigar gül dibçəyini və yerdən götürdüyü betin parçasını qarşı tərəfə atıb.

Məhkəmə prosesində Xətainin hələ də tutulmadığı məlum olub. Nigar Yusifova barəsində isə məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə şərti cəza kəsilib.




Paylaş:


Müəllif : Tarix:
1-02-2022, 16:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər