reklam
Regionxeberlericom.az » Hadisə » Yevlaxda bomba partladı: ölən var

reklam

Yevlaxda bomba partladı: ölən var
















Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kasetli bombanın partlaması ölümlə nəticələnib.

RegionXəbərləri.com xəbər verir ki, "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə səhər saatlarında, rayonun Aran qəsəbəsində qeydə alınıb. belə ki, qəsəbə sakini, 26 yaşlı İsmayıl Mikayılov qoyun otararkən orada gördüyü naməlum əşyaya toxunub.

O, həmin əşyanın üzərinə çıxıb və qəfildən partlayış baş verib. İ.Mikayılov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə d\hüquq-mühafizə orqanalrının əməkdaşları cəlb olunub.

Ölən şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.




Paylaş:


Müəllif : Tarix:
2-02-2022, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər