reklam
Regionxeberlericom.az » Hadisə » Neftçala sakini borca görə həmyerlisinə atəş açdı

reklam

Neftçala sakini borca görə həmyerlisinə atəş açdı


Neftçala sakini 40 manat borca görə həmyerlisinə atəş açıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsinə fevralın 1-də Ballıcallı kəndi ərazisində Salyan rayon sakini T.Fətullayev istiqamətində tüfəngdən atəş açılması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 19 radələrində T.Fətullayev idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Quliyevə verdiyi 40 manat borc pulu və gediş haqqını almaq üçün onun qayınatası, Ballıcallı kənd sakini N.Abbasovun yaşadığı evin həyətinə gəlib. Bu zaman N.Abbasov xuliqanlıq zəminində T.Fətullayevin istiqamətində tüfəngdən atəş açıb. Xəsarət alan olmayıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə E.Quliyev və N.Abbasov saxlanılıblar.

N.Abbasovdan qanunsuz saxladığı “İJ-16” markalı tüfəng götürülüb.

Davam etdirilən tədbirlərlə E.Quliyevin yaşadığı evə baxış zamanı oradan heroin aşkar edilərək götürülüb.




Paylaş:


Müəllif : Tarix:
3-02-2022, 17:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər