İmişlidə vəzifəli şəxslərə cinayət işi açıldı
“İmişli Rayon Mərkəzi Xəstəxanası”nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı araşdırma aparılıb.
Rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı xəstəxananın 01.01.2018-ci il tarixdən 25.05.2021-ci il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etmələri və digər qanunsuz əməlləri nəticəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinə və israf olunmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-02-2022, 10:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər