reklam
Regionxeberlericom.az » Hadisə » Borclu abonent "Azərsu"nun əməkdaşını döydü

reklam

Borclu abonent "Azərsu"nun əməkdaşını döydü


“Azərsu”nun “Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki təzyiqi ilə üzləşib.

"Azərsu"dan verilən məlumata görə, “Bağlar Sukanal” İdarəsinin xidməti ərazisində olan “Saray-H” MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abonentin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılan 679,93 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan istifadə qaydaları”nın tələblərinə əsasən  fevralın 7-də iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.

Fevralın 8-də “Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin abonent “Azərsu”nun əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib. Abonent “Azərsu”nun əməkdaşını yumruqla vuraraq xəsarət yetirib.

Baş vermiş hadisəni “Bağlar Sukanal” İdarəsinin əməkdaşları aktlaşdırıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət olunub.


 




Paylaş:


Müəllif : Tarix:
9-02-2022, 15:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər