
İtkin düşən gənc döyülmüş vəziyyətdə tapıldı
Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşən, sonradan tapılan yeniyetmə ilə bağlı araşdırma aparır.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Qaradağ rayonunda baş verən hadisə ilə bağlı məlumatlıdırlar:
“Fakt nəzarətə götürülüb. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kimin tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaq”.
Qeyd edək ki, Qaradağ rayon ərazisində 15 yaşlı Qəhrəmanov Murad Azər oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Bir müddət sonra yeniyetmənin evə geri qayıtdığı bildirilib. Məlumata görə, M. Qəhrəmanov evə qan içində gəlib. O, yaxınlarına hazırlığa gedəndə 3 nəfər tərəfindən maşına mindirildiyini və qəbiristanlıqda döyüldüyünü deyib.
Paylaş:
Oxşar Xəbərlər


2 mart 2025-ci il tarixində Londonda keçiriləcək Ukrayna mövzulu sammitə bütün Avropa toplaşır

Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi
