15 yaşlı qızın və körpəsinin ölümünə görə günahkar kimdir?
“Bu gün 15 yaşlı qızın və onun uşağının taleyinə görə bütün cəmiyyət günahkardır. Biz təkcə ailəni, oğlanı, qızı, qadın təşkilatlarını, dövləti və digərlərini ayrı-ayrılıqda günahlandıra bilmərik”.
Bu sözləri Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Məleykə Əlizadə AzTV-nin efirində qonaq olarkən son günlər sosial şəbəkələrdə müzakirə mövzusu olan “15 yaşlı qızın və onun uşağının ölümündə günahkar kimdir?” sualına cavab verərkən deyib.
O bildirib ki, bu hadisə onu göstərir ki, cəmiyyət olaraq haradasa bizim boşluqlarımız var:
“Bəlkə də artıq bu məsələ nəzarətdən çıxıb. Əlbəttə ki, bu hadisə baş verməməli idi, amma artıq baş verib. Günahkar axtarmaqdansa, gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün hansı addımların atılmasının lazım olduğunu müzakirə etsək, daha yaxşı olar”.
Onun sözlərinə görə, Azərbaycanda uzun illərdir erkən nikahların qarşısının alınması istiqamətində mübarizə gedir:
“Bilirsiniz ki, 2010-cu ildə Azərbaycanda “Məişət zorakılığı haqqında” qanun qəbul olundu. Bu mübarizənin nəticəsi olaraq qızların ailə qurmaq yaşı əvvəllər 17 idisə, bu gün 18 yaş olaraq qeydə alınır. Bunun çox vacib səbəbləri var. Psixoloji, fizioloji, hüquqi tərəfləri var. Bir çox ziyalılar, psixoloqlar qızların evlilik yaşının 20-22 olmasını belə təklif edirlər. Təəssüf ki, biz cəmi bir yaş yüksəldə bildik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-02-2022, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər