reklam
Regionxeberlericom.az » Hadisə » İran vətəndaşı yolu azaraq Azərbaycana keçdi

reklam

İran vətəndaşı yolu azaraq Azərbaycana keçdi


Fevralın 10-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim etmiş şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyən edilib.

Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb, qısa müddət ərzində qeyd olunan şəxsin İran tərəfinə təhvil verilməsi nəzərdə tutulub.





Paylaş:


Müəllif : Tarix:
11-02-2022, 12:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər