
14 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham edilən şəxsə bəraət verildi
İki il öncə Bərdədə 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilərək həbs edilən şəxs azadlığa buraxılıb.
Bununla bağlı Bərdə Rayon Məhkəməsində gedən proses yekunlaşıb. Hakim təqsirləndirilən Y.B-yə qarşı ittihamın sübuta yetirilmədiyi haqda qərar çıxarıb və Bərdə rayon sakini olan həmin şəxsə bəraət verilib.
Belə ki, ötən ilin yayında Bərdənin Cumalar kənd sakini polisə müraciət edərək qızının 2020-ci ilin avqust ayında həmkəndlisi tərəfindən zorlandığını bildirib. Ekspertizanın rəyi əsasında həqiqətən də qızın bakirəliyinin pozulması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini Y.B tutularaq istintaqa təqdim edilib.
Məhkəmədə prokuror həmin şəxsin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hökmdən apellyasiya protesti veriləcək: “Qeyd edilən hökmdən tərəfimizdən apellyasiya protestinin verilməsi təmin ediləcək və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
Paylaş:
Oxşar Xəbərlər


2 mart 2025-ci il tarixində Londonda keçiriləcək Ukrayna mövzulu sammitə bütün Avropa toplaşır

Əmir Şirinbəylinin evindən 244 minlik qızıl oğurlayan - Xadimənin cəzası bəlli oldu

Həkimdən Teymur Musayevə sərt etiraz: "Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?"

Qubada dəhşət: Qadın xəstəxananın sanqovşağında doğduğu uşağı öldürməyə cəhddə ittiham edilir

Milli Məclis əlilliyi olan şəxslərə yeni güzəştlərin edilməsi ilə bağlı dəyişikliyi qəbul etdi
