reklam
Regionxeberlericom.az » Hadisə » Əli Əliyevlə bağlı məhkəmədən YENİ QƏRAR

reklam

Əli Əliyevlə bağlı məhkəmədən YENİ QƏRAR


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev barəsində Yasamal Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

regionxeberlericom.az-un APA-ya istinadla xəbərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Cavad Cavadov və Aqil Layıc vəsatət qaldıraraq müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər.

Müdafiə tərəfinin digər vəsatəti isə birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı olub. Vəkillər cinayət işinin baxışa təyin olunmasına etiraz edərək işə xitam verilməsini xahiş ediblər.

Məhkəmə hər iki vəsatəti təmin etməyib.

Baxış iclası fevralın 14-ə təyin edilib.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti təmin olunub.

Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.




Paylaş:


Müəllif : Tarix:
11-02-2022, 18:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər