reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanlı iş adamı DÖVLƏTƏ XƏYANƏT ittihamı ilə həbs edildi

reklam

Azərbaycanlı iş adamı DÖVLƏTƏ XƏYANƏT ittihamı ilə həbs edildi

Rusiyada azərbaycanlı iş adamı həbs edilib. 

regionxeberlericom.az-un Rusiya KİV-ə istinadən məlumatına görə, Rövşən Namazov dövlətə xəyanətdə ittiham olunur.

Məhkəmə onu Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilərək 2 ay müddətinə həbs edib.

Namazovun adı rəsmi reyestrlərdə ərzaq ticarəti ilə məşğul olan “Viktoriya” MMC-nin direktoru kimi keçir. Amma başqa bir məlumata görə, bu şirkətin Namazovun həbsi ilə heç bir əlaqəsi yoxdur. Bir qədər əvvəl istintaq komitəsi Arxangelsk vilayəti Plesetska qəsəbə sakini Ramiz Namazovun həbsi ilə bağlı Lefortovo məhkəməsinə müraciət edib.

KİV xatırladıb ki, Plesetska qəsəbəsi yaxınlığında Rusiya kosmik proqramlarının həyata keçirildiyi kosmodrom yerləşir. Həbsin bu məqamla bağlı olduğu ehtimal olunur.

Hazırda onun işi məxfi qrifi ilə araşdırılır. Cinayətin sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək həbs gözləyir.




Paylaş:


Müəllif : Tarix:
16-02-2022, 14:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər