Şamaxıda yol çökdü - FOTO
Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun bir hissəsi dağılaraq yararsız vəziyyətə düşüb.
RegionXəbərləri.com APA-ya istinadla xəbər verir ki, 2017-ci ildə istifadəyə verilən və uzunluğu 54 kilometr olan bu yolda demək olar ki, hər ilin payız-qış aylarında çökmələr baş verir.
Bu günlərdə yolun bəzi hissələrində yeni çökmə halları qeydə alınıb, asfalt örtüyünün çox hissəsində çat və iri yarğanlar əmələ gəlib. Bir neçə yerdə isə asfalt örtüyü tamamilə dağılıb. Hər gün bu yollardan istifadə edən sürücülər yolun qısa vaxtda dağılmasına görə narahat olduqlarını bildirirlər.
Yerli sakinlərin və sürücülərin sözlərinə görə, yolun çökməsinə səbəb son günlər yağan intensiv yağışlarla yanaşı, yolda hərəkət edən ağır tonnajlı avtomobillərdir. Sürücülər uzun illər Şamaxı-Göylər-Padarçöl yolunun yenidən qurulmasını həsrətlə gözlədiklərini, yolsuzluq səbəbindən çox əziyyət çəkdiklərini, 5 il öncə rahat yolun istifadəyə verilməsinə baxmayaraq, ağır tonnajlı avtomobillərin intensiv olaraq Şamaxı-Göylər-Padarçöl yolundan hərəkət etməsi səbəbindən onun qısa vaxtda dağılmasına səbəb olduğunu deyirlər.
Rayon sakinləri aidiyyəti qurumlardan bu yolun dağılmaması üçün yük avtomobillərinə nəzarətin artırılmasını, ərazidə təmir-bərpa işlərinin görülməsini istəyirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2022, 19:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər