reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanın axtarışa verdiyi dələduz bu ölkədə TUTULDU

reklam

Azərbaycanın axtarışa verdiyi dələduz bu ölkədə TUTULDU


«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 1993-cü il yanvarın 22-dəki Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu təmin edib.

Baş Prokurorluqdan verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun  “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində 2017-ci il noyabrın 17-də həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

N.Kərimov bu il yanvarın 13-də Ukraynada müəyyən edilərək saxlanılıb.

Fevralın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.




Paylaş:


Müəllif : Tarix:
17-02-2022, 11:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər