reklam
Regionxeberlericom.az » Hadisə » Ruslardan Qarabağda NÖVBƏTİ YEKƏBAŞLIQ... - FOTOFAKT

reklam

Ruslardan Qarabağda NÖVBƏTİ YEKƏBAŞLIQ... - FOTOFAKT

Rusiyanın Azərbaycan Respublikasının hüquqi-tarixi ərazisinin bir hissəsində müvəqqəti(!) olaraq yerləşdirlilmiş rəsmən “sülhməramlı” sayılan hərbi kontingentinin bir qrup üzvü dünən - fevralın 20-də Qarabağda separatçı-terrorçu erməni hərəkatının başlanmasının 34 illiyi ilə bağlı Xankəndindəki üzdəniraq muzeyi ziyarət ediblər. regionxeberlericom.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda məlumat və fotolar sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Məlumatın tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:

“Artsaxın dirçəlişinin 34-cü ildönümü münasibəti ilə Rusiya sülhməramlıları Stepanakert muzeyini ziyarət ediblər və 1988-ci il fevralın 20-də başlanan hərəkatın tarixinin təfərrüatları ilə tanış olublar”.

Fotolardan birində aydın göründüyü kimi, qondarma “muzey”in gidini dinləyən Rusiya hərbçiləri separatçı-terrorçu rejimin “bayraq” adlanan əski parçasının altında farağat(!) dayanıblar… Əski parçasından aşağıda da ermən xuntasının üzdəniraq "gerbi" görsənir...

Qeyd edək ki, bu, Azərbaycan torpağındakı Rusiya hərbçilərinin ilk belə davranışı deyil...

Zəruri şərh:

Bizi, saytımızı, bu sətirlərin müəllifini guya Rusiya-Azərbaycan münasibətlərini pozmaqda ittiham edən və bizdən rəsmi dövlət qurumlarına şikayət edən Rusiyanın Azərbaycandakı səfirliyi və onların sözünə qüvvət verən bəzi rəsmilərimiz, zəhmət olmasa, buna izahat verin… Necə deyərlər, kor-kor, gör-gör… Biz Rusiya hərbi kontingentini daim faktlar əsasında tənqid etmişik… Əgər Rusiya səfirliyi bu xəbər və görüntülərin də yalan olduğunu iddia edirsə, onda buyurub məlumatların yalan, fotoların montaj olduğunu sübut etsin. Eləcə də həmin informasiya və fotoları təqdim etmiş, paylaşmış erməni mənbələrini onları silməyə və üzr istəməyə məcbur etsin... Yox, bunlar gerçəkdirsə və səfirlik doğrudan da Rusiya-Azərbaycan münasibətlərinin korlanmamasına çalışırsa, Rusiya hərbi kontingenti komandanlığını separatçıların üzdəniraq “muzey”ini ziyarət etmiş hərbçiləri cəzalandırmağa və Azərbaycan xalqından üzr istəməyə vadar etsin…

P.S.

Biz hələ 10 noyabr üçtərəfli bəyanat-razılaşmasından sonrakı ilk günlərdən Rusiya lideri V.Putinin çıxışlarını, Rusiya hərbçilərinin Qarabadakı davranışlarını təhlil edərək bildirmişdik ki, Kremldəki mövcud hakimiyyət separatçı-terrorçu və işğalçı xislətli ermənilərin “Qarabağın azadlığı” hərəkatını yenidən başlatmaq niyyətindədir… Və Rusiya hərbçilərinin sonrakı davranışları və o cümlədən “separatçı-terrorçu Qarabağ hərəkatının ildönümü ilə bağlı Xankəndindəki qondarma “muzey”i ziyarət etməsi buna əyani sübutdur… Separatçı hərəkatın tarixi ilə bağlı fotostendlərin yanında və separatçı-terrorçu xuntanın “bayrağı” altında dayanmaq həmin rejim və bundan sonra davam edəcək separatçı hərəkata birbaşa mənəvi-ideoloji dəstək vermək deyil, bəs nədir? Və Azərbaycan mediasında belə informasiyaları ictimailəşdirmək, yaymaq yox, onları gizlətmək, malalamaq və onları yayan jurnalist və yazarlara təzyiq etmək birbaşa Kremlin “5-ci kalon”una xidmətdir…







Paylaş:


Müəllif : Tarix:
21-02-2022, 10:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər