Atadan 5 yaşlı övladına İŞGƏNCƏ! – QHT-lər, komitələr hara baxır?!
Paytaxtın Xəzər rayonu sakini 2017-ci il təvəllüdlü azyaşlının atası tərəfindən döyülməsi və ona əzab verilməsi ilə bağlı Xəzər Rayon Prokurorluğuna müraciət daxil olub. Müraciət əsasında araşdırma aparılıb. Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, aparılmış araşdırmalarla atasının azyaşlını döyüb və sair zorakı hərəkətlərlə ona güclü fiziki ağrı, psixi iztirablar verib:
“Azyaşlının sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilib. Bundan başqa, araşdırmalarla müəyyən olunub ki, azyaşlının on altı yaşına çatmayan 2006-cı il təvəllüdlü bacısı isə qanunsuz olaraq nikaha daxil olub. Həmçinin, rayon prokurorluğunda aparılmış araşdırma ilə müəyyən edilib ki, 2021-ci ilin dekabr ayının sonlarında əri tərəfindən uşaqların anasının üzərinə qaynar su tökülərək qəsdən sağlamlığına az ağır dərəcəli hesab olunan xəsarət yetirilib”.Faktlarla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. DİA.AZ-ın məlumatına görə, psixoloq Fərqanə Mehmanqızı ailələlərdə baş verən belə şiddət hadisələrindən “Sherg.az”a danışarkən bildirib ki,bu kimi halların qarşısını almaq üçün cəmiyyətdə ilk növbədə ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır:
“Bizim ailələrdə şiddətlə bağlı maarifləndirmə işləri zəifdir. Buna görə də ailələrdə qadınlar və uşaqlar şiddətlə qarşılaşadıqda hara müraciət etməli olduqlarını belə bilmirlər. Halbuki onların şiddətlə üzləşərkən müraciət etməsi üçün qaynar xətt mövcuddur. Gəlin, cəmiyyətdə sorğu keçirək .
Görək insanlar arasında neçə nəfər bu qaynar xətlə tanışdır. İnandırım sizi ki,insanların əksəriyyəti bundan xəbərsizdir.
Mənə maraqlıdır, bununla bağlı maarifləndirmə işləri harda aparılır. Məktəblərdə? Gedib məktəb müəllimlərindən soruşaq görək onlar özləri bunu bilirlərmi?! Bilmirlər. Təhsil Nazirliyinin hansı proqramında bu məsələyə yer ayrılıb?! Hansı məktəbli kitabında yazılıb ki, ailədə şiddət görən şagird bu qaynar xəttə müraciət etməlidir ?! Heç birində yazılmayıb. Bəlkə bununla bağlı küçələrdə yollarda bukletlər paylanır. Amma mən görəməmişəm”.
Psixoloqun fikrincə, hazırda ailədə şiddət görən şəxslərin müdafiə üçün polisdən başqa ümid yeri yoxdur və polis də ailə münaqişəsinə tam daxil ola bilmir:
“Şiddət görən şəxs bölməyə gəlib ərizə yazır gedir. Əksər halda iş bununla da bitir. Bilirik ki , ailədə şiddət görən qadının həyat yoldaşını polisə şikayət etməsi bizim mental dəyərlərə ziddir. Amma polisdən öncə bu işlə məşğul ola biləcək QHT-lər, komitələr var axı.
Nəyə görə ailədə şiddət görən fərdlər polisə müraciət etməzdən əvvəl bu qurumlara, onlar üçün nəzərdə tutulan qaynar xəttə müraciət edib problemlərini demirlər?!”
F.Mehmanqızı bu istiqamətdə ciddi maarifləndirmə işlərinin aparılmayacağı təqdirdə belə halların sayının daha da artacağını diqqətə çatdırıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-02-2022, 17:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər