Yunanıstan qüvvələri türkiyəliləri atəşə tutdu - Yaralanan var
Yunanıstan qüvvələrinin Egey dənizində Türkiyənin 2 balıqçı gəmisinə atəş açması nəticəsində bir ekipaj üzvü ayağından yaralanıb.
“Anadolu Agentliyi” xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, fevralın 22-də Bakı vaxtı ilə saat 20:15-də Saqqız adası ilə Qaraburun arasında qalan iki türk balıqçı gəmisi yunan qüvvələri tərəfindən atəşə tutulub.
Bölgəyə Təcili Tibbi Yardım qrupu və 2 Sahil Mühafizə gəmisi göndərilib. Onlar bölgədə yunan qüvvələrinə rast gəlməyiblər. Ayağından yüngül yaralanan şəxs tibb işçilərinin ilkin müdaxiləsindən sonra Çeşme Dövlət Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı Karaburun Prokurorluğunun başlatdığı istintaq davam edir. Açıqlamada yunan qüvvələrinin müdafiəsiz balıqçılara atəş açmasının yolverilməz, insanlığa qarşı cinayət olduğu bildirilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-02-2022, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər