
Bakıda "kamikadze sürücü" ölüm saçdı - VİDEO

Bakıda qarşı yola çıxaraq təhlükə yaradan, o cümlədən hərəkətlərində avtoxuliqanlıq elementləri olan sürücü kameraya düşüb.
regionxeberlericom.az-un "Report"a istinadən xəbərinə görə, Xocasən yolunda qeydə alınmış videodan görünür ki, 58 BX 138 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı avtomobilin sürücüsü təmir gedən, beton pilitələrlə kəsilmiş dar yolda əks istiqamətə çıxır. Bu zaman digər hərəkət iştirakçısına real təhlükə yaradır.
Bundan sonra sürücü elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır. Ona etiraz edən sürücülərə isə əl-qol hərəkətləri ilə kobudluq edir.
Nəzərə alsaq ki, onsuz da dar olan yolda manevr imkanları məhduddur, bu sürücünün real qəzaya, hətta ölümə getdiyi aydın olur. Sürücülər arasında belələri “kamikadze” adlandırılır. Çünki qəza anında özü ilə bərabər digərlərinə də zərər vurur. Videonu təqdim edirik. Yəqin ki, Dövlət Yol Polisi əməkdaşları sürücünü aşkar edərək barəsində müvafiq qaydada tədbir görüb, yaxud bu videodan sonra tədbir görəcəklər.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-07-2019, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bakıda qarşı yola çıxaraq təhlükə yaradan, o cümlədən hərəkətlərində avtoxuliqanlıq elementləri olan sürücü kameraya düşüb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:2-07-2019, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT
