reklam
Regionxeberlericom.az » Hadisə » İkinci Dünya müharibəsində Volqoqradda həlak olan azərbaycanlının qalıqları Qaxa gətirilib

reklam

İkinci Dünya müharibəsində Volqoqradda həlak olan azərbaycanlının qalıqları Qaxa gətirilib


İkinci Dünya müharibəsi zamanı Rusiya Federasiyasının Volqoqrad vilayətində həlak olan azərbaycanlının qalıqları tapılaraq Azərbaycana gətirilib.

Bir neçə gün əvvəl Rusiya Federasiyasının Volqoqrad vilayəti ərazisində Böyük Vətən Müharibəsi zamanı həlak olaraq qardaşlıq qəbiristanlığında dəfn edilən naməlum əsgərlərin qəbirləri açılan zaman qəbirdən çıxan qalıqların yanında güllə aşkar edilib. Gilizin içərisində çıxan ad və soyada əsasən əsgərin kimliyi müəyyən olunub. Məlum olub ki, həmin şəxs Azərbaycanın Qax rayonu Güllük kəndində anadan olan Molla Qumaşovdur.

Volqoqrad vilayətində yaşayan diaspor nümayəndələrinin köməkliyi ilə Molla Qumaşovun qalıqları Azərbaycana gətirilib. Onun qalıqları doğulduğu Güllük kəndinin qəbiristanlığında dəfn ediləcək.




Paylaş:


Müəllif : Tarix:
24-02-2022, 17:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər