Kriminal avtoritetin qətlində adı keçən dünya çempionunun vəkili danışdı - şok faktlar
Bu il mayın 10-da faciəvi şəkildə öldürülən “Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətli hadisənin üstündən iki ay keçməsinə baxmayaraq, gündəmdən düşmür. Dəhşətli hadisədə adı həm sifarişçi, həm də iştirakçı kimi keçən və bu səbəbdən həbs edilən kikboksinq üzrə dünya çempionu Zaur Yusifovun vəkili Ərşad Sərdarov açıqlama yayıb.
Vəkil son illərin ən şok qətli ilə bağlı yeni məlumatlar açıqlayıb: “Bəzi mətbuat orqanlarında Yusifov Zaurun Emin adlı avtoriteti qətlə yetirdiyi yönündə xəbərlər yayılır. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb və Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Sonda günahkarlar cəzalandırılacaq. Kimlər məsuliyyət daşıyırsa, cəzalarını alacaqlar. Qətllə bağlı ictimaiyyəti çaşdıran məlumatlar yayılır. Bu məlumatlardan birini vurğulayıram. Guya Zaur sələmçi olub, xanımlara sataşıb. Bu, tamamilə absurd fikirlərdir. Belə ki, Zaur vaxtilə dövlətinə layiq, xalqına xidmət edən dövlət məmuru olub. İdmançı kimi Azərbaycan bayrağını həm özü, həm də tələbələri bir neçə ölkədə dalğalandırıb. Bununla bağlı sübutlar da ortadadır. Kaş bu hadisə olmayaydı. Heç kim belə bir cinayət hadisəsinin olmasını istəməzdi. Amma artıq qətl baş verib. Zaur barəsində həqiqətdən uzaq absurd fikirlər səsləndirirlər. Sələmçi olması ilə bağlı deyilənləri bir faktla alt-üst etmək olar. Ortada sübut var ki, həmin Zaurun 6-cı mikrorayonda yerləşən lombarda bu gün də borcu var və onları ödəyə bilmir. Onunla bağlı bir də onu vurğulaya bilərəm ki, o, hər zaman narkomaniyaya qarşı mübarizə aparıb. Bunu onu yaxından tanıyan biri kimi deyirəm. Bununla bağlı Zaur bir neçə tədbirdə iştirak edib. Uşaqları narkomanlıqdan yayındırmaq üçün 6-cı mikrorayonda məktəblərin birində idman zalı açıb və uşaqları, gəncləri kikboksinqlə bağlı ora yönəldib”.
Vəkil Zaurun atasının qətldə iştirakı ilə bağlı səslənən iddialara da münasibət bildirib: “Belə ittihamlar səslənir ki, Zaurun atasının da qətldə rolu olub və bunun üçün cinayət məsuliyyətinə cəlb olunmalıdır. İstintaq bununla bağlı da araşdırma aparır. Sonda kimlər günahkardırsa, cəzalarına çatacaqlar. İstintaq sirrini heç bir halda yaymaq olmaz. Ekspertizanın rəyləri var və bunlar araşdırılmalıdır. Ekspertiza olan vaxt Zaurun ayağında xəsarətlər var idi. Həmin xəsarət çəkilib efirlərdə yayımlandı. Bunun haradan yayıldığı çox müəmmalı bir faktdır. Bütün bunların hər birinin araşdırılmasına ehtiyac var. Eminin kriminal avtoritet olduğu efirlərdə yayımlanıb. Biz hüquqi, demokratik dövlətdə yaşayırıq. Bizdə hansı kriminaldan söhbət gedə bilər? Eminin əvvəllər də məhkumluğu olub. Bizdə olan məlumata görə, ölüm hadisəsi baş verib. O da kiminsə anasını ağlar qoyub. Bununla bağlı cəzalandırılıb. Lakin 10 illik cəzası sonradan 6 ilə endirilib. Buna bir şey demirik. Amma onu deməyi vacib bilirik ki, sonuncu dəfə Eminin ”ev dustaqlığı" olub. Ev dustağının gecə 11-dən sonra bayırda nə işi var? Nəzarətdə saxlanılmalı idi. O, artıq rəhmətə gedib. Allah rəhmət eləsin. Ruhu şad olsun. Bir daha deyirəm ki, cinayət törədən istənilən şəxs bayırda gəzməməlidir. Sonda müraciətimi ulu öndərimiz Heydər Əliyevin kəlamı ilə bitirmək istərdim. Dövlət iki şeydən sarsıla bilər. Günahsıza cəza veriləndə və günahkar cəzasız qalanda".
Qeyd edək ki, Binəqədi rayonunda törədilən bu hadisə son illərin ən qəddar qətllərindən biri sayılır. Masallı sakini, 1988-ci il təvəllüdlü E.Səfərov 6-cı mikrorayon ərazisində yerləşən İsrafil Həşimov küçəsində öldürülüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları Emin Səfərovun qan gölməçəsinin içində meyitini aşkar ediblər. Meyitdən bir qədər aralıda Həsən Tağıyev bıçaq dizinin üstündə yerdə oturubmuş. Hadisənin digər iştirakçıları isə orada olmayıblar. Hadisədən sonra Zaur Yusifovun atası Əli Yusifov Kliniki Tibb Mərkəzə müraciət edib. Onun qolunda bıçaq yarası olub. Mərhum Emin Səfərovun yaxınları deyir ki, qətl əvvəldən planlaşdırılıb. “Emin 444"ün öldürülməsi ilə bağlı ən müxtəlif versiyalar səsləndirilir. Zərərçəkmiş tərəfin iddialarına görə, qətldə Zaur Yusifov, qardaşı Zamiq Yusifov, atası Əli Yusifov, Vüqar adlı bacısı oğlu, qanlı olaydan sonra həbsə alınan Həsən Tağıyev və digər şəxslər iştirak ediblər. Mərhuma 78 bıçaq zərbəsinin vurulduğu deyilir. H.Tağıyev törətdiyi qətli etiraf edib. Hadisədə adı keçən Z.Yusifov başda olmaqla, digər şəxslər səslənən ittihamları rədd edirlər.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:3-07-2019, 10:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-07-2019, 10:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09