reklam
Regionxeberlericom.az » Hadisə » Qaxda bir ailənin üç üzvü qidadan zəhərlənib

reklam

Qaxda bir ailənin üç üzvü qidadan zəhərlənib


















Qaxda ailə üzvləri arasında zəhərlənmə hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Əmircan kəndində baş verib.

Kənd sakinləri 1985-ci il təvəllüdlü Elnarə Şaban qızı Ramazanova, onun övladı 2020-ci il təvəllüdlü Nemət Sahib oğlu Ramazanlı və anası 1963-cü il təvəllüdlü Aybəniz Murad qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müayinə zamanı ailə üzvülərinin nahar yeməyində zəhərləndikləri məlum olub.

Onlar naharda ötən gün bişirdikləri və alimunium qabda saxladıqları sürhüllü adlanan xəmir xörəyi yeyiblər.

Hazırda hər üç ailə üzvünün müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Onların vəziyyyəti orta-stabil qiymətləndirilir.




Paylaş:


Müəllif : Tarix:
26-02-2022, 22:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər