Artezian quyusunun təmiri FACİƏ ilə nəticələndi
Goranboyda idarə əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət alıb və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-02-2022, 16:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər