reklam
Regionxeberlericom.az » Hadisə » Şəhidin evindən pul oğurlayan xalası oğlu imiş - TƏFƏRRÜAT

reklam

Şəhidin evindən pul oğurlayan xalası oğlu imiş - TƏFƏRRÜAT


Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ağaəhmədov Elnur Fəxrəddin oğlunun ailəsinin yaşadığı evdən oğurluq olub. Oğurluq hadisəsi Elnurun yas mərasimi ərəfəsində baş verib. Oğurluq edən isə Elnurun narkotik istifadəçisi olan xalası oğlu imiş...

Musavat.com xəbər verir ki, hadisə Xızı rayonunda baş verib. Vətən müharibəsində, oktyabrın 26-da Xocavənd istiqamətində qəhrəmancasına şəhid olan Elnurun yas mərasimi keçirilən zaman ailəsinə məxsus pulun bir hissəsi evdən oğurlanıb.

Ailənin başı yas mərasiminə qarışdığı üçün hadisədən gec xəbər tutublar. Sonra isə məlum olub ki, yataq otağında dəsmalların arasında olan puldan müxtəlif vaxtlarda 50-150 manat civarlarında pulu götürən şəxs Səbuhi imiş. Ümumilikdə evdən 600 manata yaxın pul götürülüb. Səbuhi xalasının evindən qazan və aluminium əşyalar da oğurlayaraq 20 manata satıb...

Hadisənin üstü açılan zaman şəhidin ailəsi məhz bu cür ağır günlərində Səbuhinin onalara belə bir acı yaşatmasından təəssüflənib. Səbuhiyə bu haqda deyən zaman o, günahını etiraf etmək əvəzinə qohumlarının üstünə qışqıraraq onları təhqir edib.

Bundan sorna Səbuhinin əməlləri barədə polisə məlumat verilib. Məhkəmə araşdırmasına qədər Səbuhi həbs edilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Amma məhkəmə belə qənaətə gəlib ki, Səbuhi törətdiyi əmələ görə həbs edilməlidir. Məhkəmənin hökmü ilə Səbuhi 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Məhkəmədə o da məlum olub ki, Səbuhi tiryək, çətənə və metamfetamindən istifadə edib. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qənaətinə gəlinib. Oğurladığı pulları da şəxsi ehyiyaclarına və narkotikə xərcləyib.




Paylaş:


Müəllif : Tarix:
1-03-2022, 10:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər