reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanlılar gəmidə çarəsiz vəziyyətdə qalıblar: Odessa limanı minalanıb - VİDEO

reklam

Azərbaycanlılar gəmidə çarəsiz vəziyyətdə qalıblar: Odessa limanı minalanıb - VİDEO


Ukraynanın Odessa limanında içərisində azərbaycanlıların da olduğu Türkiyəyə məxsus gəmi sahilə çıxa bilmir.

Odessa limanı minalandığı üçün Türkiyəyə məxsus üç gəmi çarəsiz halda gözləyir.

Bu barədə gəmilərdən birinin kapitanı Fatih Tezel danışıb.

“Müharibə başlayan gündən buradan çıxa bilmirik. Limanın girişi minalanıb. Gəmilərin giriş-çıxışının qarşısını almaq üçün baryerlər qoyulub. Burada gözlədiyimiz üçün yemək və yanacağımız tükənir. Şirkətimiz bizim üçün lazım olan işləri görür. Bu prosesin nə qədər davam edəcəyini bilmirik”.

Onun sözlərinə görə, gəmidəki 14 heyətin 9-u Azərbaycan, digər 4-ü Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.

Gəmi kapitanı deyib ki, onlardan istənilən vəziyyətə hazır olmaları və sığınacaqlara getmələri istənilib.

Hazırda limanın gəmilərlə dolu olduğunu qeyd edən Tezel oraya güclü qar yağdığını da bildirib.






Paylaş:


Müəllif : Tarix:
1-03-2022, 13:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər