reklam
Regionxeberlericom.az » Hadisə » Zelenskiyə qarşı 3 sui-qəsd cəhdi olub - “The Times”

reklam

Zelenskiyə qarşı 3 sui-qəsd cəhdi olub - “The Times”














Son bir həftə ərzində Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı azı 3 sui-qəsd cəhdi olub.

Bu barədə məlumatı Böyük Britaniyanın “The Times” nəşri yayıb.

Qəzet yazır ki, jurnalistlərin məlumatına görə, Ukrayna Prezidentinin qətlə yetirilməsi üçün iki fərqli qruplaşma göndərilib. Bunlar “Vaqner” adlı özəl hərbi şirkətin muzdluları və çeçen xüsusi təyinatlılardır: “Hər səfərində sui-qəsd cəhdlərinin qarşısı Ukrayna ilə müharibəyə qarşı çıxan Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları sayəsində alınıb”.

Bildirilir ki, “Vaqner” şirkətinin muzdluları Kiyevdə öz sui-qəsd cəhdləri zamanı itki ilə üzləşiblər. Həmçinin, ötən həftə Kiyev yaxınlığında çeçen dəstəsinin sui-qəsd cəhdinin qarşısı alınıb və dəstə zərərsizləşdirilib.

Xatırladaq ki, “The Times” qəzeti daha əvvəl yaydığı məlumatda Kiyevdə Kremlin göstərişi əsasında 400-dən çox muzdlunun fəaliyyət göstərdiyini yazmışdı.

Qeyd edək ki, Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı xüsusi hərbi əməliyyat başlatmasından sonra Ukrayna mediasında Prezident Volodimir Zelenskinin öldürüləcəyi barədə məlumatlar yayılıb.

Həmçinin oxuyun: “Əməliyyatın məqsədi Zelenskinin şəxsən məhv edilməsidir”

“Zelenskini öldürmək üçün Kiyevə 400-dən çox muzdlu göndərilib” - The Times




Paylaş:


Müəllif : Tarix:
4-03-2022, 12:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər