Odessada həlak olan dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi gecikir
Ukraynada fevralın 27-də Odessa ərazisində Rusiya ordusunun atdığı raketin avtomobili partlatması nəticəsində ölən dörd soydaşımızın nəşinin Azərbaycana gətirilməsi yubanır.
Bu barədə Kəlbəcərin Təkəqaya kəndinin icra nümayəndəsi Anar Məmmədov məlumat verib.
O bildirib ki, son məlumata əsasən nəşlər artıq morqdan çıxarılıb və Moldova sərhədinə gətirilib:
“Tez-tez əlaqə saxlaya bilmirik. Lakin hələ ki, bizdə olan son məlumat budur”.
Xatırladaq ki, Ukraynada fevralın 27-də Odessa ərazisində Rusiya ordusunun atdığı raketin avtomobili partlatması nəticəsində dörd nəfər ölüb. Hadisə nəticəsində soydaşlarımız, əslən Kəlbəcərin Təkəqaya kəndindən olan Rəhim Əli oğlu İsmayılov və qardaşı Nemət Əli oğlu İsmayılov, Qabil Rəhim oğlu İsmayılov və Camal Mirzənəsir oğlu Salmanov həlak olublar. Yaralananlar isə Süleyman Nemət oğlu İsmayılov, Tacir Rövşən oğlu Tağıyev və Niyazi Rövşən oğlu Tağıyevdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-03-2022, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər