reklam
Regionxeberlericom.az » Hadisə » Bakının mərkəzində binada yanğın: Ölən var - VİDEO

reklam

Bakının mərkəzində binada yanğın: Ölən var - VİDEO


Bakıda səhər saatlarında yanğın hadisəsi baş verib.

Hadisə paytaxtın Nizami küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 32 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





Paylaş:


Müəllif : Tarix:
10-03-2022, 09:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər