
Azərbaycanda sağlamlıq imkanları məhdud qız 70 yaşlı qonşusu tərəfindən zorlandı: Hamilədir
Gəncə şəhərində zorlanaraq hamilə qalan sağlamlıq imkanları məhdud qız övladının dünyaya gəlməsini istəmir.
Bu barədə Oxu.Az-a zərərçəkmiş 17 yaşlı R.A. (red-ad şərtidir) bildirib.
Onun sözlərinə görə, ötən il avqustun əvvəlində anası bacısını göz həkiminə aparıb:
“Mən də evdə tək idim. Küçəyə su almağa çıxmışdım. Qayıdanda qonşu, 70 yaşlı Rəşidin məni izlədiyini hiss etdim. Evə çatanda o, arxamca girdi, qolumdan tutub, döydü və zorladı”.
Qız deyir ki, o, hamilə olduğunu aylar sonra bilib:
“Həkim mənə və anama öd kisəmdə problem olduğunu dedi. Yanvar ayında hamilə olduğumu bildik və polisə məlumat verdik. Gəncədəki ekspertizadan sonra yeni rəyin alınması üçün Bakıdakı həkimlərə müraciət olundu. Amma ekspertizanın rəyi hələ də, gəlməyib. Artıq yeddi aylıq hamiləyəm və uşağı istəmirəm. Hamiləliyin sonlandırılması üçün həkimlərə verəcək pulumuz yoxdur”.
Qeyd edək ki, ailə acınacaqlı vəziyyətdə yaşamasını əks etdirən görüntüləri də təqdim edib.
Paylaş:
Oxşar Xəbərlər


Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT
