
Bakıda bahalı avtomobillər qaydaları pozaraq qəza vəziyyəti yaradıb - VİDEO

Bakıda qarşı yola çıxaraq təhlükəli vəziyyət yaradan və avtoxuliqanlıq edən sürücülər kameraya düşüb.
regionxeberlericom.az-un "Report"-a istinadən xəbərinə görə, Binəqədi şosesində qeydə alınmış videodan görünür ki, BMW markalı, 10-BB-015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10-DD -012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxır və digər hərəkət iştirakçılarına real təhlükə yaradır.
Bundan sonra sürücülər elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır.
Həmin videonu təqdim edirik. Yəqin ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları sürücüləri aşkar edərək barəsində müvafiq qaydada tədbir görüb, yaxud bu videodan sonra tədbir görəcəklər. Çünki İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduqlarına görə hər bir sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edilməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-07-2019, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bakıda qarşı yola çıxaraq təhlükəli vəziyyət yaradan və avtoxuliqanlıq edən sürücülər kameraya düşüb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:4-07-2019, 17:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:01
Dünən, 12:52
Dünən, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
