Gürcüstanın eks-prezidentinin kürəkəni saxlanılıb
“Gürcüstnanın keçmiş prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Soso Kipşidze zorakılıq və öldürməklə hədələmək ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə yerli “Rustavi-2” telekanalı məlumat yayıb.
Şahidlərinin sözlərinə görə, hadisə Marcanişvili küçəsində baş verib. Onlar bildirib ki, Kipşidze yaxınlıqda yaşayan ata və oğulla münaqişə edib və şifahi mübahisə fiziki hücuma çevrilib.
Yerli sakinlərin dediyinə görə, Kipşidzenin yanında bıçaq olub, bununla da ata və oğula xəsarətlər yetirib, əl qumbarası ilə onları öldürməklə hədələyib.
Polis hadisə yerinə çağırılana qədər Soso Kipşidze gizlənib. Telekanalın məlumatına əsasən, hüquq-mühafizə orqanları onu tezliklə saxlayıb.
Bildirilir ki, insident zamanı eks-prezidentin qızı Ana Marqvelaşvili də hadisə yerində olub.
Qeyd edilir ki, artıq zərərçəkən tərəf təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürüb və barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-03-2022, 14:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər