Flora Kərimovanın şikayəti üzrə məhkəmə başladı - FOTO
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə prosesi başlayıb.
regionxeberlericom.az-un APA-ya istinadən xəbərinə görə, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı - xalq artisti Flora Kərimova və vəkili, həmçinin Afət Fərmanqızının vəkili və nümayəndəsi iştirak edib.
A.Fərmanqızının vəkili məhkəmədə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin yaşayış ünvanı dəyişdiyi üçün məhkəmənin göndərdiyi bildirişi əldə edə bilməyib. Müdafiəçi, həmçinin işə yeni cəlb olunduğu üçün məhkəmədən hazırlıq iclasını təxirə salmağı xahiş edib.
Məhkəmə martın 28-nə təxirə salınıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2022, 17:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər