reklam
Regionxeberlericom.az » Hadisə » Ukraynada yaralanan azərbaycanlı Moldovaya təxliyə edildi - RƏSMİ

reklam

Ukraynada yaralanan azərbaycanlı Moldovaya təxliyə edildi - RƏSMİ


Ukraynanın Xarkov vilayətində Azərbaycan vətəndaşı, TIR sürücüsü Tahirov Samir Seydulla oğlu güllə yarası alıb. Bir neçə müddətdir ki, həmvətənimiz Xarkov şəhər xəstəxanasında müalicə olunurdu. Hadisə baş verdikdən sonra ölkəmizin Xarkov şəhərində fəxri konsulluğu onun müalicə prosesini diqqət mərkəzində saxlayıb.

Yaralının ilkin dönəmdə vəziyyətinin ağır olması və həkimlərin tövsiyəsinə əsasən, onun müalicəsi Xarkov şəhərində başlanıb və orada da davam etdirilib.

Bu barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğundan məlumat verilib. 

Fəxri konsulluğun Xarkov vilayət administrasiyası və Ukraynanın müvafiq qurumları ilə həyata keçirdiyi iş nəticəsində və müalicə edən həkimlərin rəyi nəzərə alınaraq bu gün Tahirov Samir Seydulla oğlu təcili tibbi yardım maşını ilə Xarkov şəhərindən Moldova sərhədinə doğru təxliyə edilib. 

Bildirilib ki, hadisə baş verən vaxtdan həmvətənimizin müalicəsi və təxliyə üçün hazırlanması ölkəmizin Xarici İşlər Nazirliyinin daim diqqət mərkəzində olub. 

Konsulluqdan əlavə olunub ki, Xarkov şəhərində vəziyyətin ağır olmasına baxmayaraq, ölkəmizin fəxri konsulluğu Xarici İşlər Nazirliyinin təlimatları əsasında fəaliyyətini davam etdirməklə həmvətənlərimizin üzləşdikləri problemlərin həllinə çalışır.




Paylaş:


Müəllif : Tarix:
18-03-2022, 16:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər